среда, 1 июня 2011 г.

"Anadolu atəşi2"-Cəzasızlıq





 Bəli bunun başqa adı yoxdur.CƏZASIZLIQ,Kimə isə güvənmək və ya kimdən isə toxunulmazlıq statusu almaq.Bakı şəhərinin (nəinki Bakı bunu bütün ölkəmiz boyu müşahidə edə bilərik) nəqliyyatında ən böyük problem bax budur.CƏZASIZLIQ!
Bəlkədə "Anadolu" restoranının sahibləri məni qeyri-bərabər rəqabətdə günahlandırarlar.İndidən deyirəm mənim restoranım yoxdur.Keçmiş iş yerimin sahibləri kimi məni nədəsə ittiham etmək istəsəniz belə yene də keçərli deyil.Mənim üçün ƏDALƏT önəmlidir.Bu yazının birinci hissəsində Puşkin küçəsində baş verənləri işıqlandırmışdım.Rəsmi olaraq DİN-ə və cənab Prezidentə müraciət etmişdim.Yeri gəlmişkən DYP-dən cavab məktubu,sonuncu müraciətdən sonra isə bu nişanla qarşılaşırıq.


Bu nişan nədir?

3.27. Dayanmaq qadağandır. NV-nin dayanması və durması qadağandır.

Bəs siz şəkillərdə nə görürsünüz?Sürücülər dövlətin qoyduğu nişana heç fikir vermirlər.Bu hələ son deyil.
dövlətin qoyduğu bu nişanı elə dövlətin qoyduğu bir başqa bir nişan qüvvədən sala bilər.Təkrar edirəm DÖVLƏTİN!!!





Siz burada DÖVLƏTİN qoyduğu nişanı gördünüzmü?
Sahibkarın qoyduğu hər hansı bir nişan DÖVLƏTİN nişanından üstün ola bilməz.Bu şəkil hələ pik saatında cəkilməyib.Gör pik saatı olsaydı burda nələr baş verəcəkdi.

Sürücülər nişanın tələbinə əməl etmir,sahibkar isə bu azmış kimi özləri üçün bura bir nişan qoyurlar.Yəni sahibkar sürücüləri qanunu pozmağa təhrik edir.Hələ yolun hərəkət hissəsinin bağlanmasını demirəm.Keçən yazımda "Anadolu" restoranının cəzalanmasını istəmədim.İndi isə istəyirəm.Park məsələsi onların problemidir.Mən çıxış yolunu da göstərdim.Amma gördüyüm qədəri ilə DYP yaınız nişan qoymaqla kifayətlənib.Ərazidə  nişanın tələblərinə əməl olunub-olunmaması yoxlanışı aparılmır.CƏZASIZLIQ!!!
 
Bu günlərdə DYP belə bir açıqlama etdi:
 
"31 may 2011-ci il
Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə təmir-tikinti işlərinin aparılması paytaxtın bəzi ərazilərdə yolların nəqliyyat axınının buraxma qabiliyyətinə təsir etmişdir.

Digər tərəfdən dayanma-durma qaydalarını pozaraq avtomobillərini qadağan olunmuş yerlərdə saxlayan sürücülər həm şəhər sakinlərinin, həm də paytaxta gəlmiş qonaqların rahat və fasiləsiz hərəkətlərinə mane olmaqla tıxacların, eləcə də ləngimələrin əmələ gəlməsinə şərait yaradırlar.

Belə halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi sürücülərdən xahiş edir ki, Bakı şəhərində nəqliyyatın sıxlığını nəzərə alaraq əhalinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunması üçün yol nişanlarının, eləcə də nişanlanma xətlərinin tələblərinə riayət etsinlər. Əks təqdirdə bu qaydaları pozmuş fiziki və hüquqi şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi tənbeh tədbirləri görüləcək. "
 
 
İndi mən DYP-dən bu ciddi tənbehləri gözləyirəm.Həm fiziki şəxslərə həm də hüquqi şəxslərə.Siz öz sərt üzünüzü göstərin ki,heç kim sizin gücünüzü,qanunun kəsərini şübhə altına almasın."Filankəs tanışımızdır,filankəs xahiş edib" deyə güzəşt etdikcə nüfuzunuza zərbə vurursuz.Qanun hamı üçün qanundur.




среда, 18 мая 2011 г.

DYP-dən zən gəlir 2

Bu gün bir çox sürücülərə yenə də DYP-dən zəng gəlir.Adətən zən bu tipdə olur:"Kameraya düşmüsünuz gəlin filan yerə".Mən bu yazımın birinci hissəsində İnzibati Xətaıar məclləsinə görə nələr olunmalıdır onu izah etmişdim.
İnzibati Xətalar məcəlləsinin 420.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 371-377, 379-382-ci maddələrində göstərilən şəxslərin çağırılması; maddəsi var.Bəs bu maddələrə görə çağırmaq necə olmalıdır?Bütün normativ aktlar və hüquqi sənədlərin arasında həmçinin nələrinsə sənədləşməsi  və kargüzarlıq qaydaları var.Eyni şey DYP üçün də keçərlidir.Yəni inzibati işlər üzrə icraat.Bu və ya hər hansı bir qayda pozuntusu olarsa inzibati iş necə icra olunmalıdır.


20 may 2002-ci ildə DİN naziri cənab Ramil Usubovun imzaladığı 29 may 2002-ci il Ədliyyə Naziri cənab Fikrət Məmmədovun imzası ilə 2849 nömrəsi ilə qeydə alınmış "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair TƏLİMAT"  var.Və bütün  DYP-nin işi bu təlimatın üzərində qurulur.

3.4. İnzibati xəta haqqında işə inzibati məsuliyyətə cəlb olunan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə o halda baxılır ki, həmin şəxs işə baxılma yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış və baxılmanın təxirə salınması barədə ondan vəsatət daxil olmamış və ya bu vəsatət rədd olunmuşdur.
Tərtib olunmuş inzibati protokolda işə baxılmanın yeri və vaxtı barədə xəta törəmiş şəxsin məlumatlandırılması barədə qeyd yoxdursa onun yaşadığı ünvana Dövlət yol polisi hissəsinə dəvət olunması barədə 3 gün müddətində bildiriş göndərilir (Təlimata 8 saylı əlavə ). Bildirişin surəti inzibati materiala əlavə edilir.

Deməli belə.Siz kameraya düşürsüz.Sizin haqqınızda protokol tərtib olunmalıdır.Amma faktiki olaraq siz yoxsunuz.Bu zaman sizin ünvanınıza bildiriş göndərilməlidir.

Bildiriş bu formada olur...



Eyni təlimatın daha bir bəndi:
3.6.  İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən, ən geci iki ay keçənədək verilə bilər. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.
Bəs nə zaman iş dondurulur?

3.8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, xətanı törədən şəxs müəyyən olunmadıqda, fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda vəzifəli şəxs icraatın dayandırılması barədə, qeyd olunan hallar aradan qaldırıldıqda isə icraatın təzələnməsi barədə qərar çıxarır.
 

Yəni DYP əməkdaşı sizə zəng edirsə deməli yeriniz məlumdur.Və ünvanınıza bildiriş göndərməlidirlər.Əgər bildirişə cavab verməsəniz bu zaman işin icraati dondurulur.

Daha bir maraqlı məqam isə...

6.1.   Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılmasında tətbiq olunan ciddi hesabat blankları, digər jurnallar, blanklar və cərimə qəbzləri BDYPİ-nin sifarişi ilə hazırlanır, mərkəzləşdirilmiş qaydada Dövlət yol polisi hissələrinə paylanılır. Dövlət yol polisi hissələri tərəfindən alınmış ciddi hesabat blankları təlimata 11 saylı əlavəyə uyğun mədaxil və məxaric jurnallarına yazılmalıdır.  

Yəni sizə bildiriş göndərildiyi zaman onun surəti və nömrəsi mütləq qeyd olunmalıdır.

6.4.  İcraatı başa çatdırılmış inzibati işlər qərarın icra olunduğu gündən azı bir il olmaqla növbəti təftişədək, inzibati xətalar haqqında materialların uçotu jurnalları dolduğu gündən iki il müddətində saxlanılır. 

İndi siz deyin telefon zəngini bu cür rəsmiləşdirmək olarmı?

www.avtostop.org

четверг, 28 апреля 2011 г.

Videoqeydiyyatçı qadağan deyil.

 Hər şey bununla başladı....
http://1news.az/society/20110428013752590.html


Və qarara aldım ki,bu açıqlamanı araşdırım.Və tapdım.Ümumiyyətlə videqeydiyyatçı istifadə olunması qadağan deyil.Qanunla qadağan olunmayan vasitələrə icazə var.Bunu istənilən hüquqşunas sübut edə bilər.İndi isə gələk açıqlamanın mahiyyətinə.Videoqeydiyyatçı nədir?
Bu cihaz avtomobiln ön şüşəsinə bərkidilir və yolda baş verən hər bir anı çəkir.Videoqeydiyyatçı heç kimin işinə müdaxilə etmir.


http://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%B4%D0%B5%D0%BE%D1%80%D0%B5%D0%B3%D0%B8%D1%81%D1%82%D1%80%D0%B0%D1%82%D0%BE%D1%80

İndi isə açıqlama:
Iki dəqiqə ərzində sübut etmək olar ki,bnu açıqlama özü qanun pozuntusudur.Bunun İnzibati Xətalar Məcəlləsinə baxmaq lazımdır.
Fəsil 29.
Maddə 386. Sübutlar
386.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.
386.2. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə,digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
386.3. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir.
İndi isə ağır artileriya:
Maddə 390. Sənədlər
390.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir.
390.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları,məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur.
390.3. İnzibati xəta haqqında iş icraatında olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin mahiyyəti üzrə baxılmasına qədər sənədlərin qorunub saxlanılması üçün zəruri tədbirlər görməli, eləcə də işə baxıldıqdan sonra onlar haqqında qərar qəbul etməlidir.
Bəs polis haqqında qanun nə deyilir?Çox təəsuf ki,Kamran müəllim maddəni deməyib.Ammma eyb etməz bu da maddə.

Maddə 8. Polisin fəaliyyətinə müdaxilənin yolverilməzliyi

Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Videoregistrator bu maddəyə ümumiyyətlə aid deyil.

Madə 10.Bənd VII 3-cü hissə

3) cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi.

Deməli videoregistrator vasitəsi ilə qeydə alınmış məlumatı təqdim edə bilərik.

Bu da sübut:-)Necədü?))))

Hüquqlarınızı bilin.



www.avtostop.org

среда, 27 апреля 2011 г.

Avtomobilin qeydiyyatı

Avtostop.org saytında avtomobili qeydiyyata salmaq üçün bölmə var.Amma bu barədə yenə də suallar gəlməkdədir.Ən əsası da təkrar qeydiyyat zamanı.Yəni avtomobilin ikinci və ya daha neçənci sahibi olduğunuz zaman nələri etməlisiz bunları dəqiqləşdirmək lazımdır.
Buna təkrar qeydiyyat deyilir.Təkrar qeydiyyat nədir?

4. Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması

4.1. Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır:
1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.

Yuxarıda sadalanan hər hansı bir əməliyyatı etdiyiniz zaman avtomobil təkrar qeydiyyata alınır.Bəs təkrar qeydiyyata alınan zaman nə edilməlidir?

2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə qəbz;
5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
 
Beləliklə avtomobili kimdən alırsınızsa onunla alqı-satqı müqaviləsi bağlayırsız (DYP-də).Elə həmin anda avtomobilin sizin adınıza təkrar qeydiyyata alınması ilə bağlı ərizə yazırsız.Şəxsiyyət vəsiqəniz mütləq olmalıdır.Avtomobilə mülkiyyətinizi təsdiqləyən sənəd alqı-satqı (bağışlanma) müqaviləsi sayılır.
Gedirsiz Kapital bankın filialına:10 azn qeydiyyata görə məbləğ ödəyirsiz.(Birdən deyə bilərlər ki,10 azn-də alqı-satqı müqaviləsinin imzalanmasına görə.Onlara Dövlər rüsumu haqında qanundan bu madəni gətirin:Nəqliyyat vasitələrinin qeydiyyatına (təkrar qeydiyyatına, daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə:10 azn-e hər şey daxildir.)  Daha 15 azn Qeydiyyat şəhadətnaməsinə görə ödəyirsiniz.
İndi əsas məsələ dövlət qeydiyyat nişanı.Nömrə dəyişilməlidirmi?
Əgər avtomobilin əvvəlki qeydiyyatı sonrakı qeydiyyatı ilə eynidirsə bu zaman nömrənin dəyişib dəyişdirilməməsi sürücünün öhdəsinə buraxılır.
 
Yol Hərəkəti haqqında Qanun Maddə 29 
III. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. Dövlət qeydiyyat nişanı itirildikdə, onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki dövlət qeydiyyat nişanının itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.


Yox əgər avtomobiln indiki qeydiyyat sonrakı qeydiyyat ərazisi ilə fərqlidirsə bu zaman qeydiyyatdan çıxan ərazidən 18 azn ödəməklə tranzit nömrə alınır,qeydiyyat şəhadətnaməsinin içərisində müvafiq qeyd aparılır,avtomobil qeydiyyat ərazisinə gətirilir yenə 18 azn ödəməklə yeni dövlət nömrə nişanı alınır.

 Bəs avtomobilin texniki baxışı lazımdırmı?Əgər avtomobil son bir il üşün texniki baxışdan keçibsə buna ehtiyac yoxdur.Çünki yol vergisi ildə bir dəfə texniki baxış zamanı ödənilən vergidir.Bir ildə iki dəfə alına bilməz.(Bax:"Vergi məcəlləsi "Yol vergisi")

Beləliklə sizə nağıl danışan polis işçilərini bu maddələrlə susdura bilərsiniz:
"Yol Hərəkəti haqqında qanun"-Maddə 27.29.
"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti"-Qərar № 39
”Dövlət rüsumu haqqında qanun 18.65.3.1,18.65.6, 18.65.7, maddələr

Hüquqlarınızı bilin

www.avtostop.org

понедельник, 14 марта 2011 г.

"Etibarsiz" "Etibarnamə"...

 Bu gün bir çoxları avtomobili etibarnamə ilə idarə edir.Yəni başqa bir şəxsdən avtomobil alır amma onu öz adına keçirtmək əvəzinə avtomobili "generalnıy" deyilən etibarnamə ilə idarə edir.Daha sonra o da başqa bir şəxsə etibarnamə ilə avtomobili satır.Amma unutmayın size verilən və ya sizin verdiyiniz etibarnamə o qədərdə etibarlı kağız deyil.

1.Bu sənəd alqı-satqını təsdiqləmir.
2.Etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.


Ümumiyyətlə etibarnamə nə üçün verilir?

Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdimləyə bilər. 363.1-ci bəndinə əsasən, bu sənədin istənilən müddətə verilməsi mümkündür. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyənlər isə əhəmiyyətsizdir. 363.2-ci bəndində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 364-cü maddənin bəndlərində göstərilib ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə, yaxud etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Bundan başqa, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və ona səlahiyyətləri verdiyi şəxs haqqında lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibarnamə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz

Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hərəkətlərini etibar edir.Satmır  etibar edir.
İndi isə digər bir məqam etibarnamə ləğv oluna bilərmi?

Mülki Məcəllənin 365-ci maddənin bəndlərinə əsasən, müddəti bitdikdə, sənəddə nəzərdə tutulan hərəkətlər həyata keçirildikdə, onu vermiş şəxs etibarnaməni ləğv etdikdə, sözügedən vəkalətin verildiyi şəxs imtina etdikdə, adından, həmçinin adına etibarnamə verilmiş hüquqi şəxslərə xitam verildikdə, etibarnaməni vermiş fiziki şəxs öldükdə, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti və ya xəbərsiz itkin düşmüş sayıldıqda sözügedən sənəd qüvvədən düşür.


Beləliklə pul ödəyib avtomobil alırsız və bu zaman məlum olur ki,siz avtomobilsiz qala bilərsiz.Bəs bunun qarşısını necə almalı?Avtomobili necə adınıza keçirdə bilərsiniz?

1.Başqa bir şəxsə "generalnıy" (baş) etibarnamə verin.
2.Həmin şəxs avtomobili qeydiyyatda olduğu ərazidən çıxardır.
3.Aranızda bağışlanma sənədi imzalanır.(Alqı-satqı da ola bilər)
4.Avtomobili adınıza qeydiyyata keçirdə bilərsiniz.


Rüsumlar:
10 azn-Qeydiyyat
15 azn -texniki passport.

Əgər avtomobil qeydiyyat düşdüyü ərazidən kənardadırsa bu zaman qeydiyyat olduğu əraziyə getməli,avtomobili oradan qeydiyyat çıxartmalı bu zaman18 azn ödəyib tranzit nömrə alınmalıdır.Texniki passportun içərisində avtomobilin hara getdiyi və nə məqsədlə getdiyi qeyd olunmalıdır.(Mexaniki Nəqliyyat Vasitələrinin qeydiyyatı haqqında Nazirlər kabinetinin 40 saylı qərarı.)
Daha sonra hansı ərazidə qeydiyyata düşməlidir o əraziyə avtomobil gətirilir və yuxarıda sadalanan əməliyyat aparılır.
 
Unutmayın:Avtomobil alan zaman onu adınıza qeydiyyata saldırın cəmi 25 azn xərciniz çıxacaq.Amma daha sonra probleminiz olmayacaq.